Ermənistanda 2 deputat istefa verdi

20:34 - 04 Yanvar 2022

Ermənistanda 2 deputat istefa verdi

Ermənistan parlamentinin iki deputatı istefa verib. 

Manşet.az xəbər verir ki, onlar “Vətəndaş müqaviləsi” partiyasının üzvləri olan Serqey Movsisyan və Sedrak Tevonyandır. 

Millət vəkillərinin mandatdan imtina etməsi haqda informasiya parlament sədrinin müvafiq bəyanatlarının işıqlandırıldığı internet saytında yer alıb. 

Qərarın detalları haqda məlumat verilməyib. 

Qeyd edək ki, adıçəkilən partiyanın rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyandır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az