Böyük Britaniyadan Portuqaliyaya uçan sərnişin təyyarəsinin içərisində partlayış baş verib və yanğın başlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mançesterdən qalxan Boeing 737-8AS təyyarəsində olub. Sərnişinlər təşvişə düşüblər.
Pilotlar 7 dəqiqə ərzində təyyarənin hündürlüyünü 12 500 metrdən 2 min metrə endirib və təcili eniş ediblər.
Təyyarə Fransanın Brest şəhərinə enib. Sərnişinlər təcili təxliyə olunub.