“ABŞ gizli şəkildə İrana quru əməliyyatı planlaşdırır” - Qalibaf

14:00 - 29 Mart 2026

“ABŞ gizli şəkildə İrana quru əməliyyatı planlaşdırır” - Qalibaf

ABŞ silahlı münaqişənin həlli ilə bağlı danışıqlara hazır olması ilə əlaqəqar açıq bəyanatlara baxmayaraq, gizli şəkildə İrana qarşı quru əməliyyatı planlaşdırır.


Manset.az xarici mediaya istinzdən xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Düşmən açıq şəkildə danışıqlar və dialoqla bağlı siqnallar göndərir, lakin gizli şəkildə qurudan hücum planları hazırlayır, xalqımızın Amerika əsgərlərinin onları öldürmək və regional tərəfdaşlarını əbədi cəzalandırmaq üçün qurudan işğalını gözlədiyini bilmir”, - deyə siyasətçi vurğulayıb.

Qalibaf Yaxın Şərqdə münaqişənin başlanmasından bir ay keçməsi ilə bağlı çıxışı zamanı ABŞ-nin 15 bəndlik sülh planını şərh edib və bildirib ki, Ağ Ev hərbi əməliyyatın uğursuzluğundan sonra diplomatiya yolu ilə öz məqsədlərinə nail olmağa çalışır. İran parlamentinin spikerinin sözlərinə görə, Tehran Amerika qüvvələrinin zəif tərəflərindən xəbərdardır və mənəviyyatın azalması əlamətlərini görür.

“Atışlarımız davam edir. Raketlərimiz hazırdır. Qətiyyətimiz və inamımız artıb”, - o deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az