Pakistanda polis postuna silahlı HÜCUM - Ölən və yaralananlar var

11:01 - 03 Aprel 2026

Pakistanda polis postuna silahlı HÜCUM - Ölən və yaralananlar var

Pakistanın Hayber Pahtunxva əyalətində polis postuna bombalı avtomobillə hücum edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfərin həyatını itirdiyi, 1-i polis olmaqla, 13 nəfərin yaralandığı bildirilib.

"Dawn" qəzetinin məlumatına görə, həyatını itirənlərdən 4-nün eyni ailənin üzvü olduğu müəyyən edilib. Bəzi yaralıların vəziyyətinin ağır olduğu və onların xəstəxanaya aparıldığı bildirilir.

Post və ətrafdakı binaların ciddi ziyan gördüyü hücumda dağıntılar altında qalanların ola biləcəyindən narahatlıq ifadə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az