"Hər hansı hücumda yüksək səviyyədə cavab veriləcək" - İran atəşkəsə güvənmir

17:42 - 08 Aprel 2026

\"Hər hansı hücumda yüksək səviyyədə cavab veriləcək\" - İran atəşkəsə güvənmir

ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəsə etimad etmədiyini bildirən İran İnqilab Keşikçiləri Ordusu hər hansı bir təcavüzə daha yüksək səviyyədə cavab verəcəklərini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu İran ilə ABŞ arasında varılan və İsraili də əhatə edən müvəqqəti atəşkəs razılaşmasına dair bir açıqlama yayımlayıb.

Atəşkəsə baxmayaraq, açıqlamada düşmənin aldatma taktikalarına qarşı ehtiyatlı olunması lazım olduğu qeyd edilib:

"Düşmən hər zaman hiyləgər olmuşdur və onun vədlərinə etibar etmirik, hər hansı bir təcavüzə daha yüksək səviyyədə cavab verəcəyik. Regiondakı Amerikanın müttəfiqləri, ABŞ və Sionist rejiminin acizliyini öz gözləri ilə gördü. İndi onların dərs alıb, İslam düşmənləri ilə əməkdaşlığı dayandırma vaxtı gəldi", – deyə ifadələr yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az