Fransanın şərqində yerləşən Hagenbach kəndində 2024-cü ildən bəri atası tərəfindən bir mikroavtobusda kilidli saxlanılan 9 yaşlı bir uşaq xilas edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddət hərəkətsiz qalan uşağın yeriyə bilmədiyi və xəstəxanaya aparıldığı bildirilib. Hadisə bir qonşunun mikroavtobusdan gələn uşaq səsini eşidib polisə xəbər verməsi ilə aşkar olunub. Prokuror Nikolaz Heitzin verdiyi açıqlamaya görə, polis qüvvələri mikroavtobusun qapısını zorla açaraq içəri girdikdə uşağı çılpaq, dəsmal ilə sarınmış və tullantıların arasında yatarkən tapıb. Saxlanılan atanın ifadəsində 2024-cü ilin noyabrında, o zaman 7 yaşında olan oğlunu partnyorunun onu psixiatrik xəstəxanaya yerləşdirmək istəyini əsas gətirərək onu qorumaq məqsədilə avtomobildə kilidlədiyini söylədiyi qeyd edilib.
Lakin prokurorluq uşağın itkin düşməzdən əvvəl hər hansı bir psixiatrik probleminin olduğuna dair tibbi qeyd tapılmadığını və məktəb uğurlarının yaxşı olduğunu bildirib.
İfadə verən kiçik uşaq atasının partnyoru ilə ciddi problemlər yaşadığını və atasının onu kilidləməkdən başqa çıxış yolu olmadığını düşündüyünü bildirib. Uşaq 2024-cü ildən bəri heç duş almadığını da qeyd edib.