"Berekum Chelsea" futbol komandasına silahlı hücum təşkil edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumda 20 yaşlı futbolçu həyatını itirdiyini açıqlayıb.
Qana Premyer Liqasında mübarizə aparan "Berekum Chelsea" komandası səfərdən dönərkən silahlı quldurların hücumuna məruz qalıb. GFA-dan verilən açıqlamaya görə, komandanın gənc oyunçularından biri olan Dominic Frimpong, silahlı hücum nəticəsində həyatını itirib.
GFA hadisənin aydınlaşdırılması üçün Qana Polisi və əlaqədar orqanlarla davamlı əlaqədə olduqlarını və istintaqın davam etdiyini bildirib.