Türkiyənin bir dönəmlər tanınmış aktrisalarından olan Gamze Özçelik illər sonra yenidən çəkiliş meydanlarına qayıdır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddət aktrisalıqdan uzaq qalan Özçelik TRT-nin beynəlxalq rəqəmsal platforması üçün hazırlanan “Operasiya Alesta” adlı serialla yenidən izləyicilərlə görüşəcək.
Məşhur aktrisanın bu layihədə Afrikada fəaliyyət göstərən türk mühəndis xarakterini canlandıracağı bildirilib.