Vaşinqtonda İsrail-Livan danışıqları başladı

19:50 - 14 Aprel 2026

Vaşinqtonda İsrail-Livan danışıqları başladı

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.


Manset.az xəbər verir ki, bu barədə Axios jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində bildirib.

Bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az