Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vyetnam Milli Məclisinin Sədri Tran Thanh Man və onunla birlikdə olan heyəti qəbul edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Prezidentlik Sarayının Dolmabahçə ofisində baş tutub.
Görüşdə MİT-in rəhbəri İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç və Prezidentlik İletişim Başçısı Burhanəttin Duran da iştirak ediblər.