Şanlıurfa və Kahramanmaraşdakı məktəb hücumlarının ardınca bəzi serialların yeni bölümləri yayımlanma cədvəlindən çıxarılıb. Digər tərəfdən bu serialların ssenarilərində dəyişiklik edilməsi barədə məlumatlar yayılıb. Bu dəyişikliklərə görə, bəzi reklam verənlər də şiddət mövzusu olan seriallardan çəkilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəni sarsıdan Şanlıurfa və Kahramanmaraşdakı məktəb hücumlarına reaksiyalar böyüməyə davam edir.
Hökumət baş verənlərə görə məsuliyyət daşımadığını bəyan edərkən, baş verən hücumlardan sonra xüsusilə televiziya serialları və kompüter oyunlarının təsiri gündəmin ilk sırasına yüksəlib.
Xəbərə görə, hücumlar sonrası cinayət və şiddət mövzulu bəzi serialların yeni bölümləri yayımlanma cədvəlindən çıxarılıb.
"Yeraltı", "Eşref Tek", "A.B.İ." və "Taşacaq Bu Dəniz" kimi serialların ssenarilərində dəyişiklik edilməsi qərarı alınıb.
Seriallardakı silah və şiddət səhnələrinin azaldılması üçün ssenarilərdə dəyişiklik ediləcəyi, yeni bölümlərin bu istiqamətdə yenidən formalaşdırılacağı bildirilir.
Sadəcə istehsalçılar deyil, reklam verənlər də geri addım atır. Bir çox şirkət baş verən hadisələrin ardından şiddət mövzulu istehsallara reklam verməkdən imtina edib.