Oskar mükafatlı, məşhur aktrisa Natalie Portman 44 yaşında yenidən ana olmağa hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, onun üçüncü uşağı olacaq. Eyni zamanda mövcud həyat yoldaşı fransız musiqiçi Tanguy Destable ilə ilk uşağı olacaq.
"Biz Tanguy ilə çox həyəcanlıyıq. Həqiqətən minnətdaram. Bunun bir imtiyaz və möcüzə olduğunu bilirəm", - deyə 44 yaşındakı Natalie Portman "Harper's Bazaar" jurnalına verdiyi müsahibədə üçüncü hamiləliyini bu sözlərlə açıqlayıb.