Dünya ulduzu Anne Hathaway "People" jurnalının ənənəvi olaraq təqdim etdiyi "Dünyanın Ən Gözəl Qadını" xüsusi buraxılışının üz qabığında yer alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu il "People" jurnalı "Hollywood"un ən sevilən simalarından biri olan Hathawayi "Dünyanın Ən Gözəl Qadını" olaraq seçib.
Jurnal bu ilki seçimində yalnız Hathawayin fiziki cazibədarlığına deyil, həm də illər ərzində gözəllik anlayışını necə dəyişdirdiyinə və yeni nəsil sənətçilərə ilham verən mövqeyinə diqqət yetirib.