Martın 2-dən etibarən İsrailin Livana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 2 454 nəfərə çatıb.
Manset.az NNA-ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralananların sayı 7 658 nəfərə çatıb, məcburi köçkünlərin ümumi sayı isə 118 mini keçib.