Türkiyənin usta sənətçi Ferdi Atuner vəfat edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış aktyor 82 yaşında dünyasını dəyişib. Ferdi Atuner bir çox serial və film layihələrində rol alıb.
Məşhur sənətçinin vəfat xəbərini verən ailəsi Atunerin ürək tutmasından dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, aktyor səsli film işləri ilə də tanınıb. O, "Çocuklar duymasın", "Reyting Hamdi", "En son babalar duyar", "Ayrılsak da beraberiz" və "Çılgın Bediş" kimi seriallarla televiziya ekranlarında izləyiciləri ilə bir araya gəlmişdi.