Türkiyənin Samsun şəhərinin Vezirköprü rayonunda məktəb servisi elektrik dirəyinə çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 12 şagird və sürücü yaralanıb.
Hadisə saat 08:30 radələrində Vezirköprü rayonunun İncesu kəndində baş verib. Şükrü T. qarşısına çıxan traktorla toqquşmamaq üçün idarə etdiyi 55 ALE 703 nömrəli məktəb servis mikroavtobusunda qəfil əyləc sıxıb. Nəticədə idarəetmədən çıxan mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Yaralılar çağırış əsasında gələn təcili yardım maşınları ilə Vezirköprü Dövlət Xəstəxanasına aparılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.