İbrahim Tatlıses sərvətini kimə verəcəyini AÇIQLADI

16:55 - 22 Aprel 2026

İbrahim Tatlıses sərvətini kimə verəcəyini AÇIQLADI

Keçirdiyi əməliyyatın ardından bu gün xəstəxanadan evə buraxılan Türkiyə sənətçisi İbrahim Tatlıses yeni açıqlaması ilə diqqət çəkib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İbrahim Tatlıses "Vəsiyyətinizi heç düşündünüzmü?" -  sualına gözlənilməz cavab verib.


O, "Hər şeyimi dövlətə buraxdım. Bir qəpiyim belə yoxdur" - deyə bildirib. Tatlıses oğlu Ahmet Tatlıses ilə bağlı suallara isə "Həyatımdan A hərfini belə sildim" - deyərək cavab verməkdən qaçıb.


Qeyd edək ki, İbrahim Tatlıses 7 aprel tarixində İstanbulda evində xəstəlik keçirərək xəstəxanaya yerləşdirilmişdi. Bədənindəki ağır infeksiya səbəbilə öd kisəsi çıxarılan Tatlıses bu gün xəstəxanadan çıxıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az