Trampdan İraqa TƏZYİQ 

17:32 - 22 Aprel 2026

Trampdan İraqa TƏZYİQ 

ABŞ Prezidenti Donald Tramp hökumətinin İraqda İran tərəfindən dəstəklənən qrupları təzyiq altında saxlamaq üçün Bağdada olan ABŞ dolları göndərişlərini dayandırdığı bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ qəzetlərindən olan "Wall Street Journal"da yer alan xəbərə görə, İraq ordusu ilə birgə həyata keçirilən bəzi terrorla mübarizə və hərbi təlim proqramlarının dayandırıldığı iddia edilib.


ABŞ hökumətinin İraq idarəçiliyinə ölkədə fəaliyyət göstərən İran dəstəkli silahlı milisləri dağıtmaq üçün təzyiq göstərməyə başladığı vurğulanıb.


"Wall Street Journal" qəzetinin ABŞ və İraq rəsmilərinə istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyi İraqın neft satışlarından əldə olunan təxminən 500 milyon dollarlıq nağd vəsaitin İraqa göndərilməsini dayandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az