Türkiyə Daxili İşlər Nazirliyi ötən gün saxlanılan Ataşəhər Bələdiyyəsinin Başçısı Onursal Adıgüzelin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adıgüzel, "Cinayət törətmək məqsədilə təşkilat qurma və rüşvət alma" ittihamları ilə aparılan istintaq çərçivəsində həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələrə yer verilib:
Ataşəhər Bələdiyyəsinin Başçısı Onursal Adıgüzel "Cinayət törətmək məqsədilə təşkilat qurma və rüşvət alma" ittihamları ilə aparılan istintaq çərçivəsində İstanbul Anadolu 4-cü Sülh Cəza Məhkəməsinin 22.04.2026 tarixli və 2026/381 nömrəli qərarı ilə həbs edildikdən sonra Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən, müvəqqəti tədbir olaraq Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.