Hizbullah bu gün Livanın cənubunda yerləşdirilmiş İsrail hərbçilərinə qarşı bir neçə raket və partlayıcı dron buraxıb.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Ordunun bildirdiyinə görə, mərmilər hərbçilərin yaxınlığında partlayıb, lakin xəsarət alan olmayıb.
Bundan əlavə, qısa müddət əvvəl Livanın cənubunda qoşunların yerləşdiyi ərazi üzərində Hizbullah dronuna qarşı hava müdafiə raketi buraxılıb. IDF bildirib ki, zərərsizləşdirmə əməliyyatının nəticələri hələ araşdırılır.