Hindistanda nəzarətdən çıxan fil qorxulu anlar yaşatdı 

12:20 - 05 May 2026

Hindistanda nəzarətdən çıxan fil qorxulu anlar yaşatdı 

Hindistanın Kerala ştatında keçirilən ənənəvi məbəd festivalı qorxu dolu anlar yaşanıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəzarətdən çıxan bir filin hücumu nəticəsində iki işçi ölüb, biri isə ağır yaralanıb.


Hadisə səhər saatlarında Kidangoor Mahavishnu Məbədinin yaxınlığında baş verib. “Vishnu” adlı fil su üçün aparılarkən qəfildən aqressivləşərək zəncirlərini qırıb. Şahidlərin bildirdiyinə görə, heyvan baxıcısını xortumu ilə havaya qaldırıb, sonra yerə çırparaq əzib. Ağır yaralanan baxıcı xəstəxanada vəfat edib, digər baxıcının isə müalicəsinin davam etdiyi bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az