İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçmək istəyən gəmilərə yalnız Tehranın müəyyən etdiyi dəhlizdən istifadə etmələri barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, əks halda qəti müdaxilə ilə üzləşəcəklər.
Bununla yanaşı ABŞ administrasiyasının Hörmüz boğazından ticarət gəmilərinin keçidini təmin etmək məqsədilə başladığı “Azadlıq Layihəsi” barədə İranı əvvəlcədən məlumatlandırdığı və əməliyyata qarışmamaq çağırışı etdiyi iddia olunur.