Rumıniyada hökumətin devrilməsi məqsədilə irəli sürülən etimadsızlıq səsverməsi səs çoxluğu ilə qəbul edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermədə iclasa qatılan 402 deputatdan 281-i etimadsızlıq təşəbbüsünü dəstəkləyərək “lehinə” səs verib.
Məlumata görə, etimadsızlıq təşəbbüsü mərkəz sol Sosial Demokrat Partiyası və ifrat sağçı Rumınların Birlik Alyansı tərəfindən baş nazir Ilie Bolojan rəhbərlik etdiyi hökumətə qarşı irəli sürülüb.