İsveçrə AB-dən kənar ölkələrdən gələn işçilər üçün 2026-cı il üzrə iş icazəsi kvotasını dəyişməyərək sabit saxlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə Federal Şurası tərəfindən verilən məlumata görə, AB/EFTA məkanına daxil olmayan mütəxəssislər üçün yaşayış (B) və qısamüddətli iş (L) icazələrinin ümumi sayı 8 min 500 olaraq qalacaq (4 min 500 B icazəsi və 4 min L icazəsi).
Bern şəhərində yayılan açıqlama Zürich, Basel və Cenevrə kimi şəhərlərdə həyat elmləri, maliyyə və yüksək texnologiyalı mühəndislik sahələrində yaranmış ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq üçün kvotanın artırılmasını tələb edən iş dünyası nümayəndələrinin həftələrlə davam edən təzyiqlərinə son qoyub.