İndoneziyanın Sumatra adasında sərnişin avtobusu ilə tanker toqquşub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 16 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hadisə Sumatra adasının Cənubi Sumatra əyalətinə bağlı Şimal Musi Rawas bölgəsində Trans-Sumatra avtomobil yolunda yerli vaxtla saat 12:40 radələrində baş verib.
Toqquşmanın gücü səbəbindən hər iki nəqliyyat vasitəsində ciddi ziyan yaranıb. Qəza yerində sıxışan yaralılar xilasedicilər tərəfindən çıxarılıb.
Bədənində ağır yanıq xəsarətləri olan 3 nəfər və yüngül xəsarət alan 1 nəfər xəstəxanaya çatdırılaraq müalicəyə götürülüb.