Bu gün səhər saatlarında Andre adasının yaxınlığında kargo yüklü gəmi qayalığa çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Egey dənizində 1-i azərbaycanlı, 8-i türk olmaqla 9 ekipaj üzvü olan kargo gəmisinin batdığı qeyd edilib.
Xəbərdə gəminin Albaniyadan Ukraynaya 8 min ton soda daşıdığı bildirilib.
Vanuatu bayrağı altında üzən gəmidəki ekipaj üzvlərinin xilas edildiyi, Yunanıstan Sahil Mühafizə xidmətinin onları Andre adasına çatdırdığı qeyd olunub.