Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı danışıqlar prosesindən danışıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov danışıqların davam etməsini ümid etdiklərini bildirərək, “Danışıqlara açığıq” - deyib.
Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmdəki mövzularla bağlı açıqlamalar verib.
Ukrayna böhranı ilə bağlı danışıqların yenidən başlaması ehtimalını şərh edən Peskov deyib: “Amerikalı danışıqçıların müəyyən səbəblərə görə diqqətini başqa məsələlərə yönəltdiyini müşahidə edirik. Onlar üçün İran mövzusu prioritetdir. Bu, ABŞ-nin birbaşa iştirak etdiyi bir prosesdir”.