Günəşdə güclü partlayış oldu

21:54 - 07 May 2026

Günəşdə güclü partlayış oldu

Cümə axşamı, mayın 7-də Günəşdə gücünə görə sondan əvvəlki sinfə (M) aid edilən partlayış qeydə alınıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Mayın 7-də Bakı vaxtı ilə saat 19:14-də (Moskva vaxtı ilə 18:14) rentgen diapazonunda 70 dəqiqə davam edən M2.6 (N19E88) alışması qeydə alınıb", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində 1 kvadratmetrə 10 nanovat şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə güc 10 dəfə çoxalır. Alışmalar zamanı günəş plazması tullantıları da müşahidə oluna bilər ki, bu plazma buludları Yerə çatdığı təqdirdə maqnit fırtınalarına səbəb ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az