"Hər an İran ilə anlaşma ola bilər" - TRAMP

14:46 - 08 May 2026

\"Hər an İran ilə anlaşma ola bilər\" - TRAMP

ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında gərginliyin artmasına baxmayaraq, İran rəsmiləri ilə danışıqların davam etdiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “Bu, hər an baş verə bilər. Ola bilsin ki, baş verməsin, amma hər an mümkündür” - deyə açıqlama verib.

ABŞ Prezidenti Vaşinqton abidəsinin yaxınlığında yerləşən dekorativ hovuzda aparılan yenidənqurma işləri ilə tanış olduqdan sonra jurnalistlərə İran məsələsi ilə bağlı açıqlamalar verib.

Donald Tramp ABŞ ordusunun İrana məxsus iki obyektə hava zərbələri endirməsinə baxmayaraq, Tehran hakimiyyəti ilə təmasların davam etdiyini qeyd edib.

İranla razılaşmanın yaxın olub-olmaması barədə suala cavabında Tramp bildirib: “Bu, hər an baş verə bilər. Ola bilsin ki, baş verməsin, amma hər an mümkündür. Hesab edirəm ki, onlar bu razılaşmanı məndən daha çox istəyirlər”.

Bununla da ABŞ Prezidenti tərəflərin razılığa yaxın olduğu mesajını verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az