ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 9, 10 və 11 may tarixlərini əhatə edən üç günlük atəşkəs elan olunacağını açıqlayıb.
Manset.az xəbər verir ki, Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada aşağıdakı fikirləri səsləndirib:
“Rusiya ilə Ukrayna arasındakı müharibədə üç günlük — 9, 10 və 11 may tarixlərini əhatə edən atəşkəs elan ediləcəyini bildirməkdən məmnunam. Rusiyada bu günlər Qələbə Günü münasibətilə qeyd olunur. Eyni şəkildə Ukraynada da qeyd edilir, çünki onlar İkinci Dünya müharibəsinin mühüm iştirakçılarından və təsiredici qüvvələrindən biri olublar. Bu atəşkəs bütün hərbi fəaliyyətlərin dayandırılmasını və hər iki tərəfdən 1000 məhbusun dəyişdirilməsini nəzərdə tutur.”