Putin Zelenski ilə görüşməyə hazırdır

08:30 - 10 May 2026

Putin Zelenski ilə görüşməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazır olduğunu bildirib.


Manset.az xəbər verir ki, bu barədə Vladimir Putin jurnalistlərə deyib.

"Üçüncü ölkədə də görüşmək mümkündür, lakin yalnız o halda ki, sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edilsin. Bu müqavilə uzunmüddətli tarixi perspektivə hesablanmalıdır ki, ya bu tədbirdə iştirak etmək, ya da nəsə imzalamaq mümkün olsun. Amma bu, danışıqların özü deyil, yekun nöqtə olmalıdır", - deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az