Hantavirus aşkarlanan gəmidə olan üç türk sərnişin Türkiyəyə gətirilib.
Manset.az xəbər verir ki, sərnişinlər İstanbuldakı evlərində karantinə alınıb.
İlkin müayinələr zamanı Türkiyə vətəndaşlarında xəstəlik əlamətləri aşkar edilməyib. Lakin karantin qərarı gəmidə yoluxmuş şəxslərlə təmas ehtimalı və riskli qida qəbul etmək şübhəsi səbəbindən tətbiq edilib.
Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə nəfərdə yoluxma halı qeydə alınıb və həmin şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.