Pakistan Xalq Partiyasının həmsədri, sabiq prezidenti Asif Əli Zərdari ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb və Əfqanıstanla münasibətlər müzakirə olunub.
Manset.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Görüşdə Əfqanıstanla sərhəd mübahisələri və regional vəziyyət müzakirə olunub", - məlumatda qeyd edilib və Hindistanın hücumları nəticəsində həlak olanların xatirəsi anılıb.