Dua Lipa məşhur şirkəti məhkəməyə verdi

10:21 - 12 May 2026

Dua Lipa məşhur şirkəti məhkəməyə verdi

Dua Lipa "Samsung"a 15 milyon dollarlıq dava açıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur müğənni Dua Lipa bəzi televizor qutularının qablaşdırmalarında icazəsiz şəkildə fotoşəkilinin istifadə olunması səbəbilə "Samsung" şirkətinə 15 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

BBC-nin məlumatına görə, Lipa ABŞ-də satılan bəzi "Samsung" televizor qutularında razılığı olmadan fotoşəkilinin istifadə olunduğunu bildirərək, 8 may tarixində ABŞ federal məhkəməsinə müraciət edib.

Məhkəmə sənədlərində vurğulanır ki, şirkət ambalajları “Samsung məhsullarını tanıtmaq və satmaq məqsədilə, Lipanın böyük zəhmətlə qazandığı uğurdan qeyri-qanuni şəkildə faydalanmaq üçün dizayn edib”.

Sənədlərdə şirkətdən 15 milyon dollar tələb olunduğu qeyd edilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az