Namibiyada təyyarə qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub.
Qəzada 3 Almaniya vətəndaşı turist və pilot həyatını itirib.
Həlak olan şəxslərin kimliyi hələlik açıqlanmayıb. Namibiya Təyyarə Qəzalarının Araşdırılması İdarəsi hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıldığını bildirib.