BƏƏ İrana qarşı gizli əməliyyatlar keçirib? - İDDİA

10:30 - 12 May 2026

BƏƏ İrana qarşı gizli əməliyyatlar keçirib? - İDDİA

BƏƏ-nin İrana qarşı gizli hərbi əməliyyatlar keçirdiyi iddia olunur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin "The Wall Street Journal" nəşrinin yaydığı məlumata görə, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana qarşı birbaşa gizli hərbi əməliyyatlar həyata keçirdiyi iddia edilib.

Xəbərdə bildirilir ki, BƏƏ aprel ayında əldə olunan atəşkəs dövründə İranın Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunu hədəfə alıb. İddiaya əsasən, hücum nəticəsində böyük yanğın baş verib və zavodun istehsal gücünün əhəmiyyətli hissəsi bir neçə ay fəaliyyət göstərə bilməyib.

Məlumata görə, mənbələr həmin dövrdə atəşkəsin tam qüvvəyə minmədiyini, buna görə də ABŞ-ın hücuma etiraz etmədiyini bildiriblər. Həmçinin qeyd olunub ki, Vaşinqton BƏƏ daxil olmaqla müharibəyə qoşulmaq istəyən digər Körfəz ölkələrinin iştirakını müsbət qarşılayıb.

Mənbələr BƏƏ-nin İranın cavab hücumlarından sonra Körfəz regionunda “qarşıdurma yönümlü mövqe” nümayiş etdirdiyini vurğulayıblar. Onların sözlərinə görə, müharibə ərzində ABŞ ilə BƏƏ arasında sıx hərbi əməkdaşlıq davam edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və BƏƏ Xarici İşlər Nazirliyi isə iddialarla bağlı hər hansı açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az