Hantavirus sürətlə yayılır - Bu ölkədə də yoluxma aşkarlandı 

10:48 - 12 May 2026

Hantavirus sürətlə yayılır - Bu ölkədə də yoluxma aşkarlandı 

Hantavirüs testi pozitiv çıxan İspaniya vətəndaşı Madridə gətirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hantavirüs yoluxması qeydə alınmış MV Hondius gəmisindən təxliyə edilərək Madridə gətirilən 14 İspaniya vətəndaşından birinin PCR testi pozitiv çıxıb.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dünən Tenerifedən Madriddəki Gomez Ulla hərbi xəstəxanasına gətirilən 14 sərnişinin aparılan hantavirüs testində bir nəfərin nəticəsi pozitiv, 13 nəfərin nəticəsi isə neqativ olub.

Nazirliyin mənbələri bildiriblər ki, testi pozitiv çıxan şəxsdə heç bir simptom müşahidə olunmur, ümumi sağlamlıq vəziyyəti yaxşıdır və nəticəni təsdiq edəcək və ya təkzib edəcək ikinci test aparılacaq.

Protokola əsasən, neqativ nəticə göstərən digər 13 nəfərdən ayrılan həmin şəxs xəstəxananın Yüksək Səviyyəli İzolyasiya və Müalicə Bölməsinə (UATAN) yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az