Çində mənzildə güclü yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yanğın Hengyang şəhərinin Yanfeng rayonunda yerli vaxtla saat 03:00 radələrində baş verib.
Hadisə yerinə gələn təcili yardım və yanğınsöndürmə briqadalarının əməliyyatları nəticəsində xəsarət alan şəxslər binadan çıxarılaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüblər.
Rəsmi qurumlar yanğının səbəbini müəyyənləşdirmək məqsədilə genişmiqyaslı araşdırma başladıldığını açıqlayıb.