Türkiyənin Şanlıurfa mərkəzli 22 qəsəbəsi üzrə həyata keçirilən qanunsuz mərc əməliyyatında 61 şübhəli tutulub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Jandarma Baş Komandanlığının açıqlamasına görə, Şanlıurfa Cumhuriyyət Prokurorluğu, Jandarma Baş Komandanlığı Qanunsuz Əməllərlə Mübarizə və Kibertəhlükəsizlik İdarələri ilə Maliyyə Cinayətlərinin Araşdırılması Komitəsinin (MASAK) koordinasiyasında “Qanunsuz mərc və cinayət təşkil etmək məqsədilə qrup yaratmaq” əməllərinə görə istintaq aparılıb və şübhəlilərin tutulmasına yönəlmiş əməliyyatlar başlanıb.
Əməliyyatlar Şanlıurfa mərkəz olmaqla Adana, Ankara, Antalya, Batman, Bingöl, Bursa, Diyarbakır, Eskişehir, Qaziantep, Hatay, İstanbul, Kahramanmaraş, Kayseri, Mardin, Mersin, Niğde, Osmaniye, Samsun, Şanlıurfa, Şırnak və Yozgatda həyata keçirilib və nəticədə 61 şübhəli həbs edilib.
Araşdırılan bank hesablarında 5 milyard 800 milyon Türk lirəsi məbləğində pul hərəkəti aşkarlanıb və şübhəlilərin internet üzərindən qanunsuz mərc fəaliyyəti göstərdiyi müəyyən edilib.
Həmçinin şübhəlilərin cinayətdən əldə olunan gəlirin köçürülməsinə vasitəçilik etdikləri də təsdiqlənib.