"Samsung" Dua Lipaya cavab verdi

12:10 - 13 May 2026

\"Samsung\" Dua Lipaya cavab verdi

"Samsung" ingilis müğənni Dua Lipanın görüntüsünü icazəsiz istifadə etdiyi iddiasının doğru olmadığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dua Lipa şirkətə qarşı üzünün televizor qutularında uyğunsuz şəkildə istifadə olunduğunu iddia edərək 15 milyon dollar dəyərində məhkəmə işi açmışdı.

"Samsung" bildirib ki, görüntü yalnız tələb olunan icazələr alındıqdan sonra istifadə olunub və bu səbəbdən “qəsdən uyğunsuz istifadə” iddialarını rədd edir.

ABŞ-nin Kaliforniya ştatında 8 may tarixində açılan məhkəmədə Lipa fotoşəklin 2024-cü ildə ABŞ-də keçirilən bir festivalda çəkildiyini və müəllif hüquqlarının özünə aid olduğunu vurğulayıb. O, həmçinin "Samsung"dan görüntünü istifadə etməməyi tələb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az