ABŞ Prezidenti Donald Tramp "WABC" radiosuna verdiyi müsahibədə İranla bağlı son vəziyyəti qiymətləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp bildirib ki, İran rəsmiləri ona zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verəcəklərini söyləyiblər. Prezidentin sözlərinə görə, İran uran zənginləşdirməni dayandıracaq və nüvə silahı istehsal etməkdən imtina edəcək. Bu barədə isə o, “yüzdə 100” əmin olduğunu qeyd edib.
O həmçinin vurğulayıb ki, vurulan nüvə obyektlərindəki nüvə tozunu ABŞ özü oradan çıxaracaq və bu mövzuda danışıqlar davam edir.