Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda rəsmi qarşılanma mərasimində iştirak edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə getdiyi Qazaxıstanda Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev tərəfindən Müstəqillik Sarayında rəsmi qarşılanma mərasimi ilə qarşılanıb.
Paytaxt Astana şəhərindəki Müstəqillik Sarayında keçirilən mərasimdə hər iki ölkənin milli marşları səsləndirilib və Prezident Ərdoğan mərasim alayını salamlayıb. Ərdoğan və Tokayev heyətlərini bir-birinə təqdim ediblər.
Karşılama mərasimindən sonra iki liderin baş-başa görüş keçirməsi gözlənilir. Görüşlərdə Türkiyə ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin, eləcə də regional və qlobal inkişafların müzakirə olunacağı bildirilib.