Türkiyə ilə Qazaxıstan arasında 13 sənəd imzalandı

17:28 - 14 May 2026

Türkiyə ilə Qazaxıstan arasında 13 sənəd imzalandı

Türkiyə və Qazaxıstan 13 sənəd imzalayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayevin iştirakı ilə iki ölkə arasında 13 sənəd imzalanıb. Astanadakı Müstəqillik Sarayında baş tutan görüşdə Ərdoğan və Tokayev baş-başa müzakirələr aparıb və Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasında iştirak ediblər.

Görüşdən sonra keçirilən imza mərasimində “Türkiyə Respublikası ilə Qazaxıstan Respublikası arasında Əbədi Dostluq və Əməkdaşlıq Bəyannaməsi” Prezident Ərdoğan və Prezident Tokayev tərəfindən imzalanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az