Dünyanı qorxuya salan yeni virus

18:29 - 19 May 2026

Dünyanı qorxuya salan yeni virus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Gebreyesus Konqo Demokratik Respublikası və Uqandada yayılan ölümcül Ebola epidemiyasının miqyası və yayılma sürəti ilə bağlı dərin narahatlıq keçirdiyini bəyan edib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ÜST rəhbəri bildirib ki, epidemiyaya cavab tədbirlərinin gecikməsi də ciddi tənqidlərə səbəb olur.

Dr. Tedros Adhanom Gebreyesus qeyd edib ki, Ebola xəstəliyinə səbəb olan “Bundibugyo” variantının törətdiyi epidemiya əsasən Konqo Demokratik Respublikasının şimal-şərqində yerləşən İturi əyalətində daha çox yayılıb.

ÜST vəziyyətin nəzarətdə saxlanılması üçün operativ tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az