Almaniya bu şəxslərin viza müraciətlərini qəbul etməyəcək

18:35 - 19 May 2026

Almaniya bu şəxslərin viza müraciətlərini qəbul etməyəcək

Almaniyada konsulluqların əvvəlki qısamüddətli səfərlər zamanı icazəsiz əmək fəaliyyəti həyata keçirdiyi müəyyən edilən şəxslərin viza müraciətlərini rədd etdiyi və 6 aya qədər giriş qadağası qeydi tətbiq etdiyi bildirilir. Mütəxəssislərin fikrincə, risk xüsusilə işgüzar səfərlərlə Almaniyaya gedən əməkdaşlara aiddir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyaya qısamüddətli işgüzar səfər edən əcnəbilər üçün viza prosesində mühüm xəbərdarlıq edilib. Qlobal miqrasiya hüququ üzrə ixtisaslaşmış “Fragomen” şirkəti Almaniyanın diplomatik nümayəndəliklərinin son dövrlərdə keçmiş səfər qeydlərini daha ətraflı araşdırdığını və əvvəlki səfərlər zamanı icazəsiz əmək fəaliyyəti göstərildiyi qənaətinə gəldikdə viza müraciətlərini rədd edə bildiyini açıqlayıb.

“Fragomen”in 14 may 2026-cı il tarixli qiymətləndirməsinə əsasən, bu yanaşma yalnız əvvəlcədən cərimələnmiş və ya barəsində rəsmi tədbir görülmüş işlərlə məhdudlaşmır. Bildirilir ki, konsulluq əməkdaşları müraciət edən şəxsin əvvəlki səfərlərini və həmin dövrdə Almaniyada hansı fəaliyyətlə məşğul olduğunu geriyə dönük şəkildə də araşdıra bilirlər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az