Ərdoğandan Trampla danışıq haqqında AÇIQLAMA

23:32 - 20 May 2026

Ərdoğandan Trampla danışıq haqqında AÇIQLAMA

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında mühüm telefon danışığı baş tutub. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı atəşkəs prosesi, Suriyadakı vəziyyət və NATO-nun Ankara sammiti müzakirə olunub.

Telefon danışığında Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident Ərdoğan bölgədə atəşkəs rejiminin uzadılması ilə bağlı qərarı müsbət qiymətləndirdiklərini bildirib, mübahisəli məsələlərdə məqbul həll yollarının mümkün olduğuna inandığını vurğulayıb. Görüşdə, həmçinin Suriyada sabitliyin təmin olunması prosesi, Livandakı vəziyyət və NATO-nun Ankara sammitinə hazırlıq məsələləri də müzakirə edilib.

Telefon danışığı ilə bağlı açıqlama verən ABŞ Prezidenti Donald Tramp isə bildirib: “Ərdoğanla çox yaxşı söhbətimiz oldu. O, bizim müttəfiqimizdir. Aramızda çox yaxşı münasibətlər var. O, mühüm işlər görüb. Xalqı ona böyük hörmət bəsləyir”. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az