İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İrana qarşı davam edən iqtisadi və hərbi təzyiqləri ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pezeşkian qeyd edib ki, “İran indiyədək bütün öhdəliklərinə sadiq qalıb və müharibənin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edib. Bizim tərəfdən bütün yollar hələ də açıqdır”.
Prezident qeyd edib ki, İranı təzyiq yolu ilə təslim olmağa məcbur etmək sadəcə xəyaldır: “Diplomatiyada qarşılıqlı hörmət müharibədən daha ağıllı, daha təhlükəsiz və daha davamlı yanaşmadır”.