Tanınmış aktyor vəfat etdi - FOTO

12:44 - 25 May 2026

Tanınmış aktyor vəfat etdi - FOTO

30 Rock serialında canlandırdığı “Grizz” obrazı ilə tanınan aktyor Grizz Chapman 52 yaşında vəfat edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir səhhətində yaranmış problemlərlə mübarizə aparan aktyorun yuxuda olarkən həyatını itirdiyi bildirilib.


52 yaşlı aktyorun ölüm xəbərini onun əmisi oğlu, Harlem Globetrotters komandasının üzvü Donte Harrison sosial media hesabında açıqlayıb.


Chapmanın ölüm səbəbi açıqlanmasa da Harrison aktyorun illərlə davam edən xəstəlik və dializ müalicəsindən sonra yuxuda olarkən vəfat etdiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az