Bir qrup alim 2025-ci ildə Şimal dənizinin dibində gizli izlərin aşkar edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bölgənin buzlaq keçmişinə dair ən təəccüblü sübutlardan biri hesab olunan bu izlər "Nature Communications" jurnalında dərc olunan araşdırmada təhlil edilib. Tədqiqatda bildirilib ki, həmin izlər təxminən 18 min il əvvəl Birləşmiş Krallıq sahillərinə yaxın ərazilərdə üzən şəhər böyüklüyündə nəhəng aysberqlərin qoyduğu izlərdir.
Araşdırmaya "British Antarctic Survey" rəhbərlik edib. Qurumun mütəxəssisləri bu strukturları ilkin olaraq "Witch Ground" hövzəsində qazma platformalarının yerləşəcəyi əraziləri müəyyənləşdirmək üçün istifadə olunan seysmik tədqiqat məlumatlarında aşkarlayıblar.
The Independentnin təhlilinə görə, bu kəşf iqlim dəyişikliyi və qlobal istiləşmənin zaman keçdikcə Antarktidanın inkişafına necə təsir göstərdiyinə dair yeni ipucları təqdim edə bilər.