Türkiyədə oteldə yanğın - İtkilər var

12:56 - 26 May 2026

Türkiyədə oteldə yanğın - İtkilər var

Türkiyənin Fatih bölgəsinin Topkapı məhəlləsində yerləşən dördmərtəbəli hotellərdən birində yanğın baş verib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfərin həyatını itirdiyi məlum olub.


Məlumata görə, yanğın səhər saat 05:00 radələrində Topkapı küçəsində yerləşən dördmərtəbəli hotelin 4-cü mərtəbəsində başlayıb. Yanğının səbəbi hələ ki məlum deyil. 


Yanğınsöndürənlər bir tərəfdən hoteldə qalan şəxslərin təxliyəsini həyata keçirib, digər tərəfdən isə alovun qarşısını almaq üçün müdaxilə ediblər.


Əməliyyat nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınaraq söndürülüb.


Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az